Ətirlərin hansı növü var?
Bəzən müştərilər parfum növləri haqqında məlumatsız olduğu üçün onların qoxusunun qalıcı olmamasından şikayətlənirlər. Ümumiyyətlə, parfum bir neçə növə bölünür. Bunlar içərisində ən bahalı və qalıcı hesab edilən – Parfumdur.
1. Perfum yaxud təmiz ətir
Perfum, Perfume və ya Extrait kimi qeyd edilənlər tərkibinə ən çox konsentrat daxil olan ətirlərdir. Bu ətirlərin tərkibinə 20-30% və bəzən də daha çox təbii ətir konsentratı daxildir. Belə ətirlərə niş ətirləri də daxil edirlər. Təbii ki, belə ətirlərin qalıcılıq qüvvəsi yüksək, qiymətləri isə baha olur.
2. Parfum suyu və ya Eau De Parfum (EDP)
Bu ətirlərin tərkibinə 15-25% parfum konsetratı daxildir. Qiymətinin münasib olmasına tərkibindəki yüksək konsentrasiya və qalıcılıq qüvvəsinə görə müştərilər arasında ən çox alınan növdür.
Bir çox brendlərdə bu ətrin ən yüksək növü hesab edilir. Belə ki, parfum şirkətlərinin hamısı yüksək konsentrasiyalı ətir istehsal etmir.
3. Tualet suyu və ya Eau De Toilette (EDT )
Tualet sularinda ətir konsentratı o qədər də yüksək olmur. Adətən 10-20% (kişi parfumlarında 6-12%) təşkil edir. Belə ətirlərin qiymət siyasəti çox da yüksək olmur, qalıcılığı isə 2-3 saat olur.
4. Odekalon və ya Eau De Cologne (EDC)
3-5% parfum ekstraktından ibarət olur. Çox az qalıcılıq qüvvəsinə malikdir. İsti havalarda EDT əvəzinə istifadə edilə bilər
5. Dezodorant (Parfum Deo)
3-5% parfum ekstraktı ilə zəngin olur. Eyni zamanda təravətləndirən, ətirləndirən və gigiyenik təsirə malikdir.
Ətirlərdən istifadə
Ətri aldığımız insanın yaşı, onun üstünlük verdiyi qoxular, ailə və iş statusu, ümumiyyətlə, yaşam stili nəzərə alınmalıdır. Sevimli flakonlar hər bir qadında çoxluq təşkil etməlidir. Parfumlardan hər gün istifadə etmək lazımdır. Lakin hansı parfumdan nə vaxt istifadə etməli olduğumuzu mütləq bilməliyik. Parfumları gündəlik, günün müxtəlif vaxtı, ilin fəsili, əhval-ruhiyyə və gecə həyatına görə seçmək daha düzgündür. Məsələn: səhər işə gedərkən əsasən yüngül ətirlərdən istifadə olunmalıdır. Gündüz ətri iş əhval ruhiyyəsini pozmamalıdır. Ziyafətə gedərkən daha tünd və şleyfli ətirlər məsləhətdir. İlk görüşə isə yeni ətirlə eksperiment etməməyi məsləhət görürük.
Ətrin öz xüsusiyyətini uzun müddət saxlaması üçün onun saxlama qaydalarına əməl etmək lazımdır. Ətirləri quru, sərin və qaranlıq yerdə (adətən qutusunda) saxlamaq lazımdır ki, onlara günəş şüaları düşməsin. Kiçik flakonlarda ətirləri əldə etmək daha yaxşıdır, onda onlar sadəcə xarab olmağa vaxt tapmayacaqlar.
Onlayn sifariş etmək - bunun üçün siz saytımızda əldə etmək istədiyiniz ətirləri səbətə əlavə etməli və sifarişinizi təsdiqləməlisiniz. Onlayn sifariş etdiyiniz zaman doldurulması mütləq olan sahələrə diqqət yetirməyinizi xahiş edirik – bu məlumatları sizdən maraq üçün deyil, sifarişinizin düzgün tərtib edilməsi və operativ şəkildə çatdırılması ücün istəyirik.
Sifarişi etdiyiniz üsuldan asılı olmayaraq, əlaqə nömrənizi qeyd etmək mütləqdir. Sifariş qeydiyyata alındıqdan sonra menecerlərimiz çatdırılma vaxtı üçün sizinlə yenidən əlaqə saxlayacaqlar.
Sifariş etməklə bağlı yaranan bütün sualları zəng və ya whatsapp la əlaqə saxlamağınızı xahiş edirik.